Yuxarı

Bakıda 115 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasınında qüsur əmələ gəlib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, hadisə ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və mütəmadi olaraq tapşırıqlar verilir.

Hazırda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, aidiyyəti idarələrin, Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin nümayəndələri hadisə yerindədir.

Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.

FHN məcburi köçkünlərin bu gecəni keçirməsi üçün ərazidə müvəqqəti çadırlar və onların ərzaqla təmin edilməsi üçün səhra mətbəxi, yeməkxana quraşdırır.

115 ailəyə dövlət vəsaiti hesabına kirayə mənzillərə çıxmaq təklif edilib.

FHN tərəfindən araşdırma başa çatana qədər məcburi köçkünlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görüləcək.

Tarix
2020.09.15 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla