Yuxarı

Ermənistanın növbəti hədəfi OBA oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA marketlər şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki OBA marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalması ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda daim işğalçılıq siyasəti yürüdən Ermənistanın çirkin və qeyri-insani əməllərindən çəkinməyək Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğu bildirilib. Qeyd olunub ki, oktyabrın 11-də düşmənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutması zamanı mərmilərdən biri də kənddəki OBA marketə düşüb. Nəticədə mağaza tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

“Hazırda 800-dən çox mağazası olan OBA Marketlər Şəbəkəsi işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla azad edilən bütün ərazilərimizdə yeni OBA marketlərin açılışının həyata keçiriləcəyi günü səbirsizliklə gözləyir”, - deyə məlumatda ifadə edilib.

Tarix
2020.10.12 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla