Yuxarı

Düşmən Tərtəri atəşə tutdu, məktəb yandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən Tərtəri atəşə tutdu, məktəb yandı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.

Axar.az xəbər verir ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə olunub.

Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Tarix
2020.10.14 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla