Yuxarı

“O gün olsun” deyirdik; “o gün” gəldi...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanan evlər, əliyalın qaçan insanlar, tökülən qanlar və qırmızı qərənfillər...

Bunlar mənim məktəb illərində Xocalı soyqırımının anım günündə çəkdiyim rəsm əsərlərinin əsasını təşkil edirdi. Müharibənin mahiyyətini böyüklərdən eşidən, dərsliklərdən oxuyan bir uşağın qətliam anlayışı yalnız bu qədər ola bilərdi. Axı uşağa necə başa salasan ki, ermənilər onun yaşıdlarını divara mismarlayıb, dərisini soyaraq öldürüb, cəsədlərini hissə-hissə doğrayıb, itlərə yem olaraq verib. Yaşıdları analarının kəsilmiş döşlərini yeməyə məcbur qoyulub. Ataları gözləri qarşısında necə alçaldılıb, anaları hansı işgəncələrə məruz qalıb. Axı uşaq necə qansın ki, təcavüz nədir? Axı uşağa deməyə, yazmağa utandığımız o ifadələri necə izah edəsən? Hansı balaca bunları eşidib psixoloji zədə almaz ki? Hansı balaca bunları rəsmə, yazıya köçürdə bilər ki?

Müharibə görməyən həmin uşaq böyüyüb, kitablardan tanış olduğu erməni vəhşiliyinə indi özü şahiddir. Yenə yatdığı yerdə öldürülən körpə Mədinələr, həyətdə oynadığı zaman qətlə yetirilən balaca Aysular, xəyalları yarıda qalaraq həlak olan insanlar, dağıdılaraq yerlə yeksan edilən binalar... Bu mənzərə soyqırımı xatırlatsa da, bir fərq var. O zaman məğlub olduq, bu dəfə isə qalib tərəf bizik.

Mən həyatda karma qanununa çox inanıram. “O gün olsun, torpaqlarımız işğaldan azad olsun” cümləsindəki həmin “o günü” yaşayırıq. Çünki söz böyük qüvvədir. Düzdür, mən də ümidsiz olmuşam, hər dəfə efirdə erməni silahlı qüvvələrinin atəşkəsi pozması xəbərini səsləndirəndə, görəsən, bu işğala nə vaxt son qoyulacaq deyə, gileylənmişəm. Amma karmanın da öz vaxtı var.

İndi həmin andayıq. Hər gün efirlərdə, saytlarda işğaldan azad edilmiş ərazilərimizin adları sadalanır, hamı zəfər xəbərlərinə sevinir.

Dünya ədalətsiz ola bilər, amma Tanrı ədalətlidir. Tezliklə Şanlı Azərbaycan Ordusunun gücü gündəliklərin ilk səhifəsindəki qan yaddaşı bölməsini tamamilə yeniləyəcək, tarix dərsliklərində torpaqlarımızın azad edildiyi günlərin xronologiyası qeyd ediləcək. Şagirdlərin inşa mövzuları, rəsm əsərləri də qələbəyə həsr olunacaq.

Bu gələcək zaman şəkilçisi isə yaxın günlərə hesablanıb.

Bütün İlahi qüvvələr əsgərlərimizi qorusun!

Tarix
2020.10.30 / 01:34
Müəllif
Fidan Əliheydər
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla