Yuxarı

Özünü yandıran əlilin atası danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.

Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə edilən müharibə əlili ilə danışmaq mümkün olmayıb. Onun atası Həsən Həsənov Azadlıq radiosuna müsahibəsində oğlunun iddialarına haqq qazandırıb:

- Zaurın işlətdiyi kafeni 20 polis sökdü və çıxdı getdi...

- Söküntüyə məhkəmə qərarı vardı?

- Vardı. Oğlum məhkəmə uda bilər ki? Zaura məxsus "Ailəvi" kafesi Şıx ərazisində, dənizin qırağında idi. Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri o vaxt əraziyə gələndə, oğlum onlardan sənəd istəmişdi. Demişdilər ki, sən Qarabağda döyüşüb gəlmisən, elə bizim üçün ən böyük sənədsən. Üstündən iki il keçəndən sonra dedilər ki, kafeni yolun digər tərəfində tik. Onu da elədik. Müqavilənin müddəti 2015-ci ilə qədər idi. Amma buna əhəmiyyət verməyib sökdülər.

Evlərimizi girov qoyub bankdan 350 min manat pul götürmüşük

Həsən Həsənovun sözlərinə görə, ərazidəki bütün kafelər fəaliyyətdədir, bir Zaurun kafesindən başqa:

"Bu necə olur? Ərazidəki "Narşərab", "Xəzər", "Bülbülə", "Dəniz" və "Dəryan" kafelərinin hamısı yerində, bir dənə Zaurun kafesi bağlanıb, qarşısına hasar çəkilib. Niyə belə olur? Oğlum 5 uşaq atasıdır, 110 manat da pensiya alır. Nə etməlidir, axı? Maraqlısı odur ki, bu məsələlər baş verməzdən bir həftə öncə Mehbalıyev ona söz vermişdi ki, "Zaur, obyekti sən işlədəcəksən". Biz o obyektin tikintisi üçün evlərimizi girov qoyub banklardan 350 min manata yaxın pul götürmüşük. Bu məsələ ilə bağlı prezidentə və xanımına dəfələrlə yazmışıq. Prokurorluq, Daxili İşlər Nazirliyi bilir. Məktublara gələn cavabların da hamısı evdədir".

Adamin ürəyi ağriyir, amma...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzadlıqRadiosuna baş verən hadisədən təəssüfləndiklərini bildirir, amma Zaur Həsənovun iddialarını doğru saymır:

"İnsandır, özünə qəsd edib... Adamın ürəyi ağrıyır, balaları var, ailəsi var, axı. Bunlar hamısı öz yerində, amma onun iddiaları doğru deyil".

Konfederasiyanın yaydığı məlumatda bildirilir ki, Bibiheybət bələdiyyəsinin "Şıx" sanatoriyasının istifadəsində olan sahədə torpağın Zaur Həsənova icarəyə verilməsi və onun həmin ərazidə ictimai-iaşə obyekti tikməsi qanuni olmayıb.

Məlumatda o da bildirilir ki, Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinə məxsus torpağı Zaur Həsənovun zəbt etməsinə dair məsələyə 1 saylı Bakı Yerli İqtisad, Bakı Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə baxılıb və onun şikayəti əsassız sayılıb.

Zaurun atası Həsən Həsənov oğlunun vəziyyətinin ağır olduğunu söyləyir:

"Vəziyyəti yaxşı deyil, ağızı, üzü, qolları, sinəsi, beli, qurşaqdan yuxarı bütün bədəni yanıb".

Tarix
2013.12.25 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla