Yuxarı

Cəlilabadda evi tərk edən korona xəstələri aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadda evi tərk edən korona xəstələri aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş üç nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirov, Zopun kənd sakini N.Nəsirov və Privolnoye kənd sakini A.Nuriyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.

COVID-19 infeksiyasının daşıyıcısı olan hər üç şəxslə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə onlara ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Tarix
2020.11.24 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla