Yuxarı

Lerikdə torpaq sürüşməsi: evlər qəzalı vəziyyətdədir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdə torpaq sürüşməsi: evlər qəzalı vəziyyətdədir

Lerik rayonunun Veri-Əliabad kəndi dağ yamacında yerləşir.

Axar.az-ın Report-a istinadən verdiyi xəbərə görə, kənddə 1 hektar ərazidə torpaq sürüşməsinin aktivliyi hər gün artmaqdadır. Bu, sakinləri narahat edir. Onlar təhlükəli vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov bildirib ki, hazırda ərazidə daha çox sürüşməyə məruz qalan, bu səbəbdən uçma təhlükəsi ilə üzləşən üç fərdi yaşayış evi var:

“Orada vətəndaşların yaşaması düzgün deyil, çünki təhlükə var. Biz bununla bağlı vətəndaşlara rəsmi olaraq, yazılı şəkildə müraciətlər etmişik. Bildirmişik ki, onlar evlərindən köçməlidirlər. Əks halda baş verə biləcək xoşagəlməz hadisənin məsuliyyəti onların üzərinə düşür.

Problemin həll edilməsi istiqamətində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, Nazirlər Kabinetinə müvafiq məlumatlar göndərilib. Əraziyə baxış keçirilib, monitorinq aparılıb”.

O, qeyd edib ki, ərazidə torpaq sürüşməsi 2005-2006-cı illərdə başlayıb. Nəticədə üç fərdi yaşayış evi və məktəb binası qəzalı vəziyyətə düşüb. Ötən il məktəb binası sökülərək yerində yenisi inşa olunub. Qəzalı evlərə isə daha ikisi əlavə olunub.

Tarix
2021.01.12 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla