Axar.az
Yuxarı

Axar.Az Logo

Gecə işləyən kafe aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.

Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında, yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Tarix
2021.04.06 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sovetskidə plana düşən evlərdə yanğınla bağlı yeni xəbər

Tanınmış aktyor vəfat etdi

Ramiq Muxtar vəfat etdi

Çingiz Aytmatovun həyat yoldaşı koronadan vəfat etdi

Qaz xəttinə müdaxilə: İnanılmaz üsula əl atdı - Video

Rəşad Dağlı yenə cəzalandırıldı

BOS-un yaxınlığında ağır qəza: tıxac yarandı

Yasamalda evdən 110 minlik oğurluq edildi - DİN

Ağadadaş Ağayev əməliyyat olundu

Heydər Əliyev prospektində qəza: tıxac yarandı

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla