Yuxarı

Bərdədə canavarlar kəndə hücum etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdənin Saatlı kəndində canavar hücumu baş verib.

Axar.az-ın məlumatına görə, təsərrüfat sahibi Xəyyam Məmmədov "Sputnik Azərbaycan"a bildirib ki, vəhşi heyvanlar qoyunçuluq təsərrüfatına gecə saatlarında hücum çəkib:

"Canavarlar sürü halında mənim təsərrüfatıma hücüm edib. Tövləyə girən canavarlar 30 baş qoyunu parçalayıb, 8 baş qoyunu isə yaralayıb”.

Müsahibimiz deyir ki, kənddə belə hadisələr arabir olur. Amma son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib:

"Əvvəllər də kəndə canavar hücumu olub. Amma arabir, tək-tək canavara rast gəlinirdi. İndi canavarlar kəndə sürü halında hücum edir. Hadisə baş verən gecə də sürü halında olublar. Yırtıcılar daxil olub fermaya, fermanın içində xırdabuynuzlu heyvanları parçalayıb, parçalaya bilmədiyini də yaralayıb. 38 baş heyvanın 30-u tələf olub, qalanları da yaralanıb”.

Bərdə Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.

Tarix
2021.04.11 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla