Yuxarı

Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - Video

Paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, videonu təlimçi Arzu Babazadə çəkib. Xanım sürücü bildirib ki, qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib.

Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov İdarəyə dəvət edilib. O özü də bildirib ki, əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edib. Sürücü qeyd edib ki, həmin vaxt Rusiya Federasiyanın baş prokuroru Azərbaycanda səfərdə olub və abidənin ziyarəti üçün gül gətirilməsini xahiş ediblər. Bu zaman tələsdiyi üçün qayda pozub. Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.

Tarix
2021.04.11 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla