Yuxarı

Azərbaycan-İran sərhədində insident

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış təd­birləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram “marixuana”, 5085 qram “heroin”, 2030 qram “tiryək” və 1020 qram “metamfetamin”) bənzər maddələr aşkarlanaraq götürülüb.

Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar. Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərk-silah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyən­ləş­dir­ilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram “marixuana” və 95 qram “metamfetamin”) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Tarix
2021.05.05 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla