Yuxarı

"Qarabağ" mərkəzinin pəncərələri sındırıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" mərkəzinin pəncərələri sındırıldı - Foto

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinin binası vandalizm aktına məruz qalıb.

Axar.az xəbər verir ki, səhər işə gələn “Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri mərkəzin pəncərələrinin sındırıldığını görüblər.

Mərkəzin nümayəndələri dərhal yerli polisə müraciət ediblər. Lüksemburq polisi informasiya mərkəzinə gələrək, vəziyyətlə yaxından tanış olub. Polislər binanın içərisinə düşmüş daşları əl izlərinin müəyyən edilməsi üçün götürüblər. Polis törədilmiş vandalizm aktı ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Lüksemburq “Qarabağ” Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyəti təbliğ olunur və yerli əhalinin mədəniyyətimizlə tanış olması üçün müxtəlif tədbirlər keçirilir. Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə mərkəzdə azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycanlı, xüsusilə də Qarabağ bölgəsindən olan rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunur.

Tarix
2021.05.14 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla