Yuxarı

Ramiz Əzizbəylinin şeiri: Əməl - ömür yüküdür...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəyli uzun müddətdir xəstəliklə mübarizə aparır. Hazırda o, Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. 72 yaşlı aktyorun illər əvvəl yazdığı şeir sosial şəbəkələrdə insanları duyğulandırıb.

Kult.az həmin şeiri təqdim edir:

Əməl – ömür yüküdür, yaxşısı – pisi olur,

Tale yaman yüklədi, əsaya yıxdı məni.

Bəndənin kimliyini tək olan Allah bilir,

Mələklər hesabladı, yaxşıya çıxdı məni!

Bütün həyatımı qoydum qumara,

Amma nə kart bildim, nə aşığ, nə zər...

Allahın verdiyi ömrü hədərə

Yaşamaq-uduzmaq deyilmi məgər?

Özüm-öz özümlə söhbət elədim,

Özümü soruşdum bir gün özümdən.

Özüm öz haqqımda qeybət elədim,

Özüm düşdüm o dəm mən öz gözümdən.

Allah yer üzündə bol süfrə açdı,

Bəşər bu süfrədən yeməyə qaçdı.

Kimsə bir tikəyə “min şükür” - dedi,

Yerdə qalanını naşükür yedi.

Tarix
2021.06.09 / 00:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla