Yuxarı

Hacı Surxayın kanalı bağlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Surxayın kanalı bağlandı

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxayın Yutub kanalı kiber hücuma məruz qalıb.

Axar.az yenisabah.az-a istinadən xəbər verir ki, yeni açılan və qısa müddətdə 16 min 300 abuçəsi toplaya bilən kanalda paylaşılan videoların izləmə sayı orta hesabla 40-100 min baxış olub.

Hacı Surxay yeni açdığı Yutub kanalında canlı yayımda əsas etibarilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsindən, dövlətçilik ənənələrindən, Azərbaycanın uğurlarından söz açır, şəhid ailələri, şəhid övladları ilə söhbətlər edir, dini tərbiyəvi moizələr təqdim edirdi. Az zaman kəsiyində çoxsaylı abunəçi toplayan kanal hakerlərin hücumuna məruz qalıb və bağlanılıb.

Hazırda kanalın fəaliyyətinə nəzarət edən partnyor şirkət bu məsələnin hüquqi müstəvidə araşdırılması, hücum edən hakerlərin tapılması, kanala müdaxilə edən şəxslərin aşkara çıxarılması və kanalın bərpası üçün çalışır.

Qeyd edək ki, Hacı Surxay fikirlərinə görə zaman-zaman mətbuatın gündəmində olub. Bir müddət əvvəl o, məhərrəmlikdə toy edənlərin bədbəxt olacaqlarını deyərək göndəmə çevrilmişdi.

Tarix
2021.09.17 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla