Yuxarı

Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi - Foto

Çinin Pekin İdman Universitetində təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dünyasını dəyişib.

Axar.az Report-a istinadən xəbər verir ki, S.Həsənov bu gün vəfat edib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum idmançı sabah doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə anadan olub. O, Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kiqboks, tayboks, taekvando, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub.

İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib.

Tarix
2021.09.18 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla