Axar.az
Yuxarı

Nazirlik Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Axar.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.

Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib.

Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

Teymur Mirzəyev 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb.

Mərhum sənətkarın ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Tarix
2021.09.28 / 00:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Şəmkirdə birmərtəbəli ev yandı

Aeroport yolunda növbəti qəza - Foto

Nərimanovda intihara cəhdin qarşısı alındı

Şahdağda qanunsuz ov edənlər yaxalandı

Siranuş Ağayevanın evi müəmmalı şəkildə yandı

Azərbaycanda zəlzələ oldu

Erməni təxribatı: Hərbçimiz şəhid oldu

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi

Oruc Zalova ağır itki üz verdi

Azərbaycanda baş redaktor dünyasını dəyişdi

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla