Yuxarı

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün - Fotosu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.

Axar.az Yeniavaz-a istinadən xəbər verir ki, Mahmud Babagözəl oğlu Əzizov Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mersedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.

Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub.

25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

Tarix
2021.10.13 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla