Yuxarı

Alim Qasımovun qohumu Nazpəriyə 30 min borcludur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva xalq artisti Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib.

N.Dostəliyevanın sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:

“Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim.

Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa”.

Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:

“Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır”.

Tarix
2021.10.13 / 19:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla