İrana qarşı sammit çağıracağıq - Kroo
23:16
Ana səhifə Hadisə |
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Axar.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4 min manat məbləğində cərimələniblər.
Tarix
2021.10.15 / 18:51
|
Müəllif
Axar.az
|