Yuxarı

Sabiq icra başçısı, folklorşünas alim vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.

AMEA Folklor İnstitutundan Axar.az-a verilən məlumata görə, o, 66 yaşında dünyasını dəyişib.

Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.

1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.

1994-cü ilin may ayından 1996-cı ilin noyabrınadək Ordubad rayon İcra Hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.

N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə “Məmməd Araz yaradıcılığında folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.

2019-cu ildə “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

Allah rəhmət eləsin!

Tarix
2021.10.24 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla