Yuxarı

Azərbaycan Ordusunun generalı vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Xatırladaq ki, general A.Vasyak birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. O, həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. A.Vasyak birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

Bir müddət əvvəl A.Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, A.Vasyak 26 noyabr 1954-cu ildə anadan olub.

Sabah generalın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi noyabrın 23-ə planlaşdırılıb.

Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb.

Tarix
2021.11.22 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla