Yuxarı

Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı Yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub.

Kadrlar 1982-ci ilə aiddir.

Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.

Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.

Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.

Tarix
2021.12.05 / 14:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla