Yuxarı

Göyçayda şagird dəm qazından boğuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda şagird dəm qazından boğuldu

Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub.

Axar.az xəbər verir ki, hadisə rayonun Şıxəmir kəndində baş verib.

İlkin məlumatlara görə, kənd sakini, 16 yaşlı Aysun Habil qızı İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verən günü qızın ailə üzvləri evdə olmayıblar. Ailə üzvləri qayıdarkən Aysun İsmayılovanın səhhətində narahatçılıq olduğunu görərək Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aysun İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Valideynləri Aysun İsmayılovanın ölüm səbəbini qaz sızması ilə əlaqələndiriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Ölümün hansı səbəbdən baş verməsi aparılan araşdırmaların sonunda bəlli olacaq.

Tarix
2022.01.18 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla