Yuxarı

Saatlıda karantini pozan toy məclisi aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saatlıda karantini pozan toy məclisi aşkarlandı

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Arzu” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı İ.Quliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, 4 000 manat cərimə olunub.

Tarix
2022.01.19 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla