Yuxarı

Yasamalda yenə ağaclar kəsildi, araşdırma aparılır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yasamalda yenə ağaclar kəsildi, araşdırma aparılır

Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Axar.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib.

Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Tarix
2022.01.24 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla