Axar.az
Yuxarı

Xalq artisti Vaqif Əsədov vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Kult.az xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adına layiq görülüb.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Tarix
2022.05.19 / 18:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda mənzildə meyit aşkarlandı

Batmaqda olan 6 nəfər xilas edildi

Məşhur müğənni səhnədə yıxıldı - Video

Polis əməkdaşı Füzulidə minaya düşdü

Çapay Sadıqlını öldürən şəxs ələ keçdi

Marneulidə binanın eyvanı uçdu: 2 nəfər öldü

Lənkərandakı qətllə bağlı cinayət işi açıldı

Dəhşətli qəzada həlak olan 3 gəncin - Fotosu

Kiyevə raket zərbəsi: səfirliyimizin binası zədələndi

Şatunovun külü Almaniyada basdırılacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla