Yuxarı

Lənkəranda dəhşətli qəza: 2 ölü, 1 yaralı var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda dəhşətli qəza: 2 ölü, 1 yaralı var

Lənkəran rayonunda yol qəzası baş verib.

Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb.

VAZ-2107 markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.08.08 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla