Yuxarı

Salyanda narkotik becərən qonşular yaxalandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Kürkənd kənd sakinləri Cəlal Əkbərov və Namid Əsgərov saxlanılıblar.

Həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı C.Əkbərovun həyətindən 1 kiloqram 630 qram marixuana və yaş çəkisi 9 kiloqram olan 8 ədəd çətənə bitkisi, N.Əsgərovun həyətindən isə 200 qrama yaxın marixuana və yaş çəkisi 7 kiloqram olan 10 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Əvvəllər də məhkumluq həyatı yaşayan qonşular dindirilmə zamanı narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Tarix
2022.08.14 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla