Yuxarı

Kafedə qumar oynayan şəxslər külli miqdarda cərimələndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində beş nəfər şəxsin qumar oynaması aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Şirvan şəhər sakinləri Elşən Səfərov, Elxan Mirzəyev, Rauf Nərimanov, Elman İsmayılov və Sabirabad rayon sakini Fuad Hüseynov olduqları müəyyən edilib. Qaydaları pozaraq qumar oynayan beş nəfər, eləcə də kafeni icarə əsasında işlədən şəhər sakini Yaşar Mirzəliyev saxlanılaraq polis şöbəsinə gətiriliblər.

ŞPŞ-də E.Səfərov, E.Mirzəyev, R.Nərimanov, E.İsmayılov və F.Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Şirvan şəhər məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimə olunub.

Obyekti icarə əsasında işlədən Y.Mirzəliyev barəsində isə İstintaq Bölməsində araşdırmalar aparılır.

Tarix
2022.09.30 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla