Axar.az
Yuxarı

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış teatr xadimi, əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov vəfat edib.

Kult.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Natiq Gülməmmədov 1955-ci il iyunun 10-da Naxçıvanın Şərur rayonunda anadan olub. O, 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirib, 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirib.

1973-1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləyib. 1980-1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988-1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997-2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003-2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010-2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışıb.

N.Gülməmmədov 2016-cı ilin yanvarından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. Həmin ilin dekabrında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

N.Gülməmmədov 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Qeyd edək ki, Natiq Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir.

Allah rəhmət eləsin!

Tarix
2022.11.19 / 22:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qubada ağır qəza: ölən var

Bakıda qəza: ölən var

Evi yanan sakinin köməyinə sərhədçilər gəldi - Foto

Bakıda daha bir faciə: ana doğuş zamanı öldü

İstanbulda qəza anı: azərbaycanlı yaralandı - Video

"Promart" MMC-də nöqsanlar aşkarlandı

Bərdədə dəhşətli qəza: 5 nəfər öldü

Bakıda yük qatarı 42 yaşlı kişini vurdu

Kəlbəcərdə avtomobil çaya düşdü: sürücü öldü

Göygöldə mebel salonunda yanğın baş verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla