Yuxarı

Yollar buz bağladı, maşınların hərəkəti çətinləşdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.

Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır.

Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun bildirib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda intensiv xidmət aparır.

"Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə müşahidə olunan hava şəraitini nəzərə alaraq sürət həddi və yol-hərəkət qaydalarına tam riayət etsinlər", - DİN rəsmisi bildirib.

Tarix
2022.12.04 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla