Yuxarı

Projektordan istifadə edən sürücü saxlanıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Projektordan istifadə edən sürücü saxlanıldı - Foto

“Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Allahşükür Valeh oğlu Rzayev nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülüb.

İdarədən Axar.az-a bildirilib ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır ki, buda nəticə etibarı ilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur. Həmin sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qeyd olunan avadanlıqdan istifadə qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.

Eyni zamanda, bəzi sürücülər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, nəqliyyat vasitələrinin ban hissəsinə müxtəlif məzmunlu yazılar və rəsmlər çəkdirirlər ki, bu hal da yolverilməzdir. Nəzərə almaq lazımdır ki, belə rəsmlər və yazılar digər sürücülərin diqqətini yoldan yayındırmaqla, yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaradır.

Tarix
2022.12.08 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla