Yuxarı

TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı açıqlama

TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.

Qurumdan Axar.az-a bildirilib ki, 2018-ci il təvəllüdlü Zəhra Tariel qızı Eyvazlı 20.01.2023-cü il saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub.

"Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. 20.01.2023-cü il saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib. Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır", - məlumatda qeyd edilib.

Tarix
2023.01.23 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla