Yuxarı

Çempionatdan sonra azarkeş bıçaqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempionatdan sonra azarkeş bıçaqlandı

21:36

Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.

Klubdan Axar.az-a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

***

Azərbaycan Premyer Liqasının XX turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Gəncə klubundan verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

Xəstəxanada "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

Tarix
2023.01.31 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla