Yuxarı

Gəncədə toyda dava: üç nəfər bıçaqlandı, axtarış aparılır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə toyda dava: üç nəfər bıçaqlandı, axtarış aparılır

2023.12.09 - 22:50

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağı" adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək cinayət üzrə müvafiq araşdırmalar aparıblar.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Gəncədə toyda bıçaqlan şəxslərin sayı 3 çatıb. Bıçaqlananlardan 3-cüsü 1992-ci il təvəllüdlü Əli Musayevdir.

Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Tarix
2023.12.10 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla