Yuxarı

16-cı mərtəbədə qalan azyaşlı belə xilas olundu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
16-cı mərtəbədə qalan azyaşlı belə xilas olundu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hər iki ünvana cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan 2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.

Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.

Tarix
2024.04.14 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla