Tiflis Lavrovun sözündən “tutdu”: Ordunu çıxart!
01:25
Ana səhifə Hadisə |
Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2024.09.29 / 21:43
|
Müəllif
Axar.az
|