Yuxarı

Qubada qoza görə dava edən kişi və qadın cərimələndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada qoza görə dava edən kişi və qadın cərimələndi

Quba rayonunun Gədikqışlaq kəndində qoz bağlarında fəhlələr arasında dava ilə bağlı məhkəmə qərar verib.

Axar.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fəhlələr arasında bağdan icazəsiz qoz aparmaq istəmələri səbəbindən mübahisə yaranıb. Mübahisə davaya çevirilib. Bu zaman iki nəfər xəsarət alıb.

Belə ki, 1998-ci ildə Gədikqışlaq kəndində anadan olmuş Fərid həmin bağda fəhlə işləyib. Onun atası Fazil isə bağın nəzarətçisi olub.

Bağda fəhlə işləyən qızlar atasından icazə almadan qoz aparmaq istəyəndə Fərid etirazını bildirib. Bu zaman aralarında mübahisə baş verib, daha sonra davaya çevrilib.

Dava zamanı Nərgiz adlı qadın Fəridin üstünə gedərək, baş nahiyəsinə bir neçə dəfə vurub. Sonra digər qadınlar onları ayırıblar. Dava zamanı xəsarət alan Nərgiz və Fərid bir-birindən polisə şikayət ediblər.

Məhkəmə hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, 300 manat cərimə edib.

Tarix
2024.11.29 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla