Yuxarı

Xırdalanda yanğın: 23 nəfər təxliyə olundu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalanda yanğın: 23 nəfər təxliyə olundu - Video

Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb. Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda vurğulanıb.

Tarix
2024.12.03 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla