Yuxarı

Ağdaşda fərdi yaşayış evində yanğın - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdaşda fərdi yaşayış evində yanğın - Video

Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi yaşayış evində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Tarix
2024.12.08 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla