Yuxarı

OBA şokolada görə 7 yaşlı uşağı girov götürdü – Bakıda inanılmaz

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
OBA şokolada görə 7 yaşlı uşağı girov götürdü – Bakıda inanılmaz

Bakıda, Sabunçu rayonu ərazisində yerləşən OBA marketlərdən birində 7 yaşlı (ikinci sinif şagirdi olan) iki uşaq şokolad oğurladıqlarına görə mağaza müdiri tərəfindən girov götürülüb və valideynlərindən yüksək məbləğdə pul tələb edilib.

Axar.az xəbər verir ki, bu barədə uşaqlardan birinin valideyni “Hüquqşünaslar” qrupunda məlumat yayıb.

Adını açıqlamayan valideynin sözlərinə görə, uşaqların oğurluğu kameraya düşüb. Uşaqları girov götürən mağaza rəhbərliyi onların valideynlərini çağırtdırıb.

Şikayətçi bildirib ki, işdən çağırılıb və oğurluq videosu ona göstərilib. O isə üzr istəyərək, ziyanı ödəməyə hazır olduğunu deyib. Mağazanın müdiri 300 manat tələb edib, əks halda isə uşağı buraxmayacağını vurğulayıb.

“Mən övladlarımı atasız böyüdürəm, onun-bunun qabağında işləyərək. 300 manat ödəməlisiniz deyəndə ağladım, çünki ayda 500 manata işləyən adamam, o qədər pulum yoxdur”, - valideyn yazır.

Nə qədər yalvarsa da, müdir uşağı pul gəlməyincə buraxmayıb:

“Mən 1 telefon və şəxsiyyət vəsiqəmi orda qoyub, oğlumu götürüb, evə gəldim, həmin gün axşam 150 manat tapıb getdim, yalvardım ki, daha yoxdur. Müdir dedi ki, 50 manat da ayın axırında gətirərsən”.

Ananın iddiasına görə, digər uşağın ailəsindən 70 manat istəyiblər.

Ümumilikdə mağazadan uşaqlar 12 ədəd “Alpenqold” şokoladı götürüblərmiş.

Şikayətçi hər şeyin video-qeydə düşdüyünü, ona zəng edən mağaza müdirinin nömrəsini də təqdim edib.

Qeyd edək ki, hüquqşünaslar uşağın, daha sonra isə şəxsiyyət vəsiqəsinin girov saxlanılmasını qanun pozuntusu olduğunu bildirərək, bu qanunsuzluğa hüquq-mühafizə orqanlarının reaksiya verməsini istəyiblər.

Vəkil Aqil Layıcın verdiyi məlumata görə, "Veysəloğlu" şirkətindən məsələ ilə bağlı onunla və valideynlə əlaqə saxlayıblar və bildiriblər ki, 300 manat o uşağın indiyə qədər oğurladığı şokoladların puludur. Belə ki, uşaq oğurluğu bundan əvvəl də edibmiş, sadəcə, sonuncu dəfə ələ keçib. Buna baxmayaraq, vəkil hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi gərəkdiyini xatırladıb.

Valideyn isə onunla heç bir təmasa keçilmədiyini yazıb.

Tarix
2025.01.24 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla