Yuxarı

Salyanda TIR-ın çəni partladı: yaralılar var - Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda TIR-ın çəni partladı: yaralılar var - Rəsmi

21:15

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə, TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb. Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1983-cü il təvəllüdlü Paşa Cabbar oğlu Əliyev və onun oğlu 2009-cu il təvəllüdlü Qismət Paşa oğlu Əlizadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.

Bu barədə FHN-dən bildirilib.

Bildirilib ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix
2025.01.25 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla