Yuxarı

Bakıda müğənninin qızı evdən qaçdı, müştəriyə göndərilir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müğənninin qızı evdən qaçdı, müştəriyə göndərilir

Martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Axar.az xəbər verir ki, valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq, onlardan cavab ala bilmirlər.

Sosial şəbəkədə istifadəçilərdən biri paylaşımında bildirib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını deyib.

“Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb”, – deyə paylaşım edən şəxs qeyd edib.

Məlumata görə, evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub:

“Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Tarix
2025.03.22 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla