Yuxarı

18 yaşlı gənc vətəndaşların Ayfonunu belə ələ keçirirmiş...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 yaşlı gənc vətəndaşların Ayfonunu belə ələ keçirirmiş...

Bakıda 18 yaşlı şəxs 22 nəfərə qarşı cinayət törədib. Kənan adlı gənc telefonunu, mopedini satmaq istəyən şəxsləri aldadıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, o, internet saytlarında mobil telefonunu və mopedini satışa çıxaran şəxslərlə əlaqə saxlayıb, onları görüşə çağıraraq aldadıb.

Mobil telefonunu satan şəxslərin hamısını Bakıda fəaliyyət göstərən məşhur restoranlara, çay evlərinə dəvət edib. Onun seçdiyi şəxslərin hamısı Ayfon markalı telefonlarını satmaq istəyənlər olub. Həmin şəxslərlə söhbət zamanı etibarlarını qazandıqdan sonra telefonu ya kamerasını yoxlamaq, ya telefonla danışmaq, ya da internetə qoşulmasını yoxlamaq adı ilə əlinə alıb. Maraqlısı budur ki, Kənan görüşləri restoran və çay evlərinin kabinetində təşkil edirmiş. Səbəb isə bu olub ki, kabinetdən çıxarkən telefon sahibləri onun məkandan uzaqlaşmasını görməsinlər. Hesabı da həmişə zərərçəkmişlər ödəyirmişlər.

Kənan moped satan şəxslərin də hamısını eyni üsulla aldadıb. Onları görüşə çağıraraq mopedi almaq istədiyini deyib. Mopedi yoxlamaq, sürmək adı ilə alaraq oradan uzaqlaşıb.

Onun cinayət işində zərərçəkmiş kimi tanınan 22 nəfərdən 17-si telefonunu, 5 nəfər isə mopedini itirib.

Kənan telefonların bir çoxunu ucuz qiymətə satıb. Bir neçəsini isə satmadan polis tərəfindən saxlanılıb. Mopedlərin sənədi olmadığına görə Kənan onları parçalara ayıraraq ucuz qiymətə ehtiyat hissə kimi satıb.

Məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişlərin bir hissəsi Kənandan şikayətçi olmayıb. Onlar da telefonu satılmadan geri qaytarılanlardır.

Məhkəmə Kənanı törətdiyi əməllərdə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Tarix
2025.03.25 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla