Yuxarı

Rusiyadan Azərbaycana taxta gətirən tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Azərbaycana taxta gətirən tutuldu

Rusiya vətəndaşı saxta sənədlərlə Azərbaycana 13 milyon rubldan çox dəyərində ağac ixrac edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Perm Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gömrükçülər və Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Rusiya vətəndaşının Azərbaycana strateji əhəmiyyətli mallar, yəni 1500 kubmetr iynəyarpaqlı ağac ixrac etməsini müəyyən edib.

Xəbərdə bildirilir:

“Gömrükçülər əməliyyat-axtarış tədbirləri zamanı mal bəyannamələrinin bilərəkdən yalan məlumatla təqdim edildiyini müəyyən ediblər”.

Adı açıqlanmayan həmin şəxsə qarşı 6 ittiham üzrə cinayət işi açılıb. Qaçaqmalçılıqda təqsirli bilinənləri 5 ilə qədər həbs və ya 1 milyon rubla qədər cərimə gözləyir.

Tarix
2025.04.15 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla