Yuxarı

Qazi həbs edildi – dəhşətli qətlin üstü açıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:15

Lerik rayonunda itkin düşən şəxsin meyiti tapılıb, qətldə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.

Axar.az-ın əldə etdiyi məlumata görə, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

***

Lerik rayon rayon polis şöbəsi və prokurorluq və əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib.

Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən “Makarov” tipli tapança, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən 1 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə müvafiq prosessual hərəkətlər icra, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Tarix
2025.06.05 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla