Yuxarı

Tərtərdə tank əleyhinə mina tapıldı - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə tank əleyhinə mina tapıldı - Foto

Tərtər rayonunun Şıxarx kəndi ərazisindəki otlaq sahəsindən tank əleyhinə TM-57 minası aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Axar.az-a bildiriblər ki, tapılan mina agentliyin mütəxəssisləri tərəfindən yerindəcə zərərsizləşdirilib. Ərazidə 150 kvadratmetrlik sahə yoxlanılıb.

Agentlik tərəfindən aprelin 7-dən dekabrın 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4017 partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 15 “PMN”, 3 “POMZ-2”, 2 “OZM-72”, 2 “siqnal” minası və tank əleyhinə 46 mina aşkar olunaraq zərərsizləşdirilib.

Tarix
2016.12.09 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırdı

Zəfər Günündə bizimlə bərabər olmağınız... - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla