Yuxarı

Elmar Baxşıyev Yunanıstandakı tarixi zəfərdən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Baxşıyev Yunanıstandakı tarixi zəfərdən danışdı

Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun "qırılma nöqtəsi" isə penalti epizodu deyildi.

Axar.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Aris”lə oyundan sonra mətbuat konfransında deyib.

“Aris”in oyununu da vurğulamaq lazımdır. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geridönüşü futbolçularım etdilər. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü. Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”, - E.Baxşıyev bildirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" “Aris”ə iki oyunun nəticəsinə əsasən, 4-3 qalib gələrək, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubuna rəqib olub.

Tarix
2025.08.01 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla