Yuxarı

"Levski" ilə oyun öncəsi "Sabah"la bağlı xoş xəbər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Levski" ilə oyun öncəsi "Sabah"la bağlı xoş xəbər

Çətin oyundan sonra komandada bütün futbolçular meydana çıxmağa hazırdır, zədəli oyunçumuz yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə keçirəcəkləri cavab görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, komandasının matça arzuladığı start heyəti ilə başlayacağını bildirib:

“Sabah qələbə üçün mübarizə aparacağıq. İnanıram ki, seçdiyimiz taktika bizə üstünlük qazandıracaq. Lakin qarşılaşma asan olmayacaq, çünki rəqib müdafiədə çox etibarlıdır. Risk edib hücumameyilli oyun göstərəcəyik və məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bizi ağır oyun gözləyir, bunu Bolqarıstanda da hiss etdik. Heç-heçə bizi qane etmir. Uğurlu nəticə üçün bütün imkanlarımızı səfərbər edəcəyik”.

Qeyd edək ki, avqustun 14-də “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk matç 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Tarix
2025.08.12 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla