Yuxarı

"Qarabağ" “Ferentsvaroş"la görüş üçün müraciət etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" “Ferentsvaroş"la görüş üçün müraciət etdi

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə keçiriləcək “Ferentsvaroş"la (Macarıstan) oyunla bağlı azarkeşlərə müraciət edib.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib:

“Oyunu “Ferentsvaroş Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 11 avrodur. Azarkeşlər üçün stadionda 1106 yer ayırılıb.

Vauçerləri əldə edən şəxs vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-u saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Tarix
2025.08.13 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla